|
Suriyanın İdlib bölgəsindəki son durum ABŞ dövlət katibi Maykl Pompeo ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında baş tutan telefon danışığında müzakirə edilib.
Avropa.info xəbər verir ki, telefon danışığı zamanı tərəflər İdlibdə istənilən hərbi əməliyyatların başlanılmasını məqbul hesab edilmir.
Telefon danışığının yekunu barədə yazılı bəyanatla çıxış edən Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Xezer Nauert deyib ki, Pompeo ilə Çavuşoğlu arasında baş tutan danışıqlarda tərəflər Bəşər Əsəd rejiminin İdlibdə hərbi əməliyyatların başlanmasını Suriyada ağılsız addım olduğundan məqsədəuyğun hesab etməyiblər.