|
"Avropa ikinci sanksiyaların qüvvəyə minəcəyi 5 noyabra qədər İranla nüvə sazişinin qorunması üçün lazımi tədbirlər görməlidir".
Modern.az xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı deyib.
A.Əraqçının sözlərinə görə, nüvə sazişini özü üçün bir təhlükəsizlik məsələsi olaraq görən Avropanın sazişi qorumağa çalışdığını, amma indiyə qədər atılan addımlar yetərsizdir.
"ABŞ sanksiyaların bərpa olunmasından sonra Avropa İranla sazişin qorunması üçün zəruri addımlar atmasa, İranın bu sazişdə iştirakının mənası qalmır".