|
Rusiya tərəfi Prezident Vladimir Putinlə Baş nazir Nikol Paşinyanın görüşündə açıq və ciddi danışığın aparılacağını gözləyir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Münasibətlərimizdə çoxlu məsələ toplanaraq qalıb. Rusiya bütün məsələlərdə açıq danışığın aparılmasını gözləyir”, – deyə o bildirib.
Qeyd edək ki, Paşinyan Putinlə sentyabrın 8-də görüşəcək.