|
ABŞ Prezidenti Donald Tramp BMT-dəki mövqeyindən mənfi yönümdə istifadə edir.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tvitter hesabında yazıb.
“D.Tramp BMT-nin İranla bağlı qərarını pozur və digər ölkələri də bunu etməyə sövq edir. ABŞ və müttəfiqləri Yaxın Şərqdə yaşanan dəhşətlərə görə İranı günahlandırmaq üçün BMT TŞ-də rəhbərlik vəzifəsindən sui-istifadə etmək niyyətindədirlər”, - deyə XİN rəhbəri bildirib.