|
Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreyanın xüsusi nümayəndəsinə ABŞ hökumətinə çatdırılması üçün məktub verib.
Axar.az xəbər verir ki, “Renxap” agentliyi görüşün Pxenyanda baş tutduğunu və xüsusi nümayəndənin Kim Çen İnə Cənubi Koreya Prezidenti Mun Çje İnin məktubunu da təqdim etdiyini bildirib.
Kim Çen İn görüş zamanı Vaşinqtonun Koreya yarımadasının nüvəsizləşdirilməsi işində inkişaf olmaması fikriylə razılaşmadığını deyib.
O, Pxenyanın Pxunqeri poliqonunu dağıtmaqla özünü nüvə sınaqları keçirməkdən məhrum etdiyini də etiraf edib.