|
ABŞ Maliyyə Nazirliyi Suriyadan olan 4 fiziki şəxsə və 5 təşkilata sanksiya tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin saytında yer alıb. Vaşinqton sanksiyalar siyahısına Livan və BƏƏ-dən olan şirkətləri də daxil edib.
Sanksiyalar siyahısına daxil edilən təşkilatlar və şəxslər Dəməşqə yanacaq və silah tədarük etməkdə ittiham edilib.