|
ABŞ Müdafiə naziri Ceyms Mettis və Baş Qərargah rəisi Cozef Danford gözlənilmədən Əfqanıstana gedib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Frans Press” agentliyi yayıb. Agentlik Mettisin Əfqanıstanda bir sıra rəsmi görüşlər keçirəcəyini bildirib. Onların Əfqanıstanda Talibanla da danışıqlar aparacağı vurğulanıb.
Qeyd edək ki, bundan öncə NATO-nun Əfqanıstandakı missiyasına ABŞ-ın Xüsusi Əməliyyatlar Komandanlığının keçmiş rəhbəri Ostin Skot Miller rəhbər gətirilib.