|
Skripal olayı ilə bağlı yeni bir şeylər eşitməyi gözləyərkən yalanlar kokteylini duyduq.
Axar.az xəbər veirr ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
"Bu gün inandırıcı bir şeylər eşitməyə ümid edirdik. Təəssüf ki, gözləntilərimiz yenə baş tutmadı. Bugünkü çıxışlarda iki agent barədə, onların Rusiyada döyüş məqsədi ilə zərərli maddələr istehsal etdikləri, kiber hücumları, Makedoniyada dövlət çevrilişinə cəhdlərlə bağlı yalanlar eşitdik. London bizə deyil, biz Londona əməkdaşlıq təklif etdik. London əməkdaşlığı rədd etməyi üstün tutdu", - Nebenzya söyləyib.
Qeyd edək ki, London Skripalların zəhərlənməsində rus zabitləri Aleksandr Petrov və Ruslan Bəşirovu ittiham edir.