|
ABŞ ümid edir ki, Hindistan digər ölkələr kimi noyabrda İrandan neft alışını tam dayandıracaq.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
“Vaşinqton noyabrda İrana qarşı sanksiyaları işə salacaq və biz bununla bağlı hər kəsi, o cümlədən hindistanlıları xəbərdar etmişik. ABŞ-ın sanksiyalarına hörmət etməyənlər sanksiyalara məruz qalacaq”, - Pompeo bildirib.