Son bir ayda Ermənistan ordusunda 187 hərbçiyə qarşı hüquq pozuntusu qeydə alınıb.

 

Axar.az xəbər verir ki, bu barədə işğalçı ölkənin təhlükəsizlik xidmətinin yaydığı məlumatda bildirilir. Məlumatda qeyd olunub ki, “N” saylı hərbi hissənin komandiri, onun müavini, əşya xidməti rəisi və əşya xidmətinin anbar rəisi quldurluq, qəddarlıq və xidmətə qarşı səhlənkarlıq nümayiş etdirməklə gənc əsgərlərə ciddi ziyan vurublar. Bundan başqa, ittihama əsasən, həmin hərbi hissənin arxa cəbhə və kommunal istismar üzrə müavini tərəfindən alayın şəxsi heyəti keyfiyyətsiz əşyalarla təmin edilib. Bu faktla bağlı da cinayət məcəlləsinə uyğun olaraq müvafiq ittiham irəli sürülüb.

Ermənistan ordusunda daha bir qalmaqal isə keyfiyyətsiz geyimlərlə bağlıdır. Bu ölkənin Müdafiə Nazirliyinin hərbi polisi və hərbçilərin sosial müdafiəsi idarəsi ən böyük hərbi hissələrdən birində əsgərlər üçün nəzərdə tutulan 10 min keyfiyyətsiz paltar aşkarlayıb. Faktla bağlı cinayət işi açılıb. Ermənistan mətbuatı bunun ilk hal olmadığını qeyd edir.

İşğalçı ölkədə əsgərlər arasında ölüm faktlarının da sayı artıb. Təkcə avqustda hərbi hissələrdə 11 belə hadisə olub. Sonuncu insident zamanı “N” saylı hərbi hissədə baş leytenant Karen Ovanisyan intihar edib. Partlayış, qəza və döyülmə nəticəsində isə 17 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, korrupsiya ilə əlaqədar iki, fərariliklə əlaqədar üç, oğurluq halları ilə bağlı 13 fakt aşkarlanıb. Bütün bu hallar cəmiyyətdə narazılıqları artırır.

Hərbi hissələrdə baş verən ölüm faktları düzgün araşdırılmır. Səkkiz il əvvəl qətlə yetirilən əsgər Artur Qazaryanın ölüm işi yenidən araşdırılacaq. Hərbçinin anası İrina Qazaryan bildirir ki, Nikol Paşinyan ilə görüşdə oğlunun ölüm faktının yenidən araşdırılacağına verilən vəd icra olunmaqdadır. Ancaq o, istintaq sistemi eynilə qaldığına görə cinayət işinin tam araşdırılacağına və günahkarların aşkarlanacağına hər hansı ümid bəsləmədiyini qeyd edib. O, müstəntiqlərlə görüşərkən işin araşdırılması ilə məşğul olanların vaxtilə cinayət işinin gizlədilməsi üçün çalışan eyni şəxslərdən ibarət olduğunu deyib. Buna görə də işin ədalətli araşdırılması məqsədilə vəsatət verəcəyini bildirib.

21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır

Xəbər lenti