|
ABŞ antirusiya sanksiyaları məsələsində Avropaya ciddi təzyiq göstərir, amma digər tərəfdən də Rusiya ilə gizli razılaşmalara imza atır.
Axar.az xəbər verir ki, bu sözlər almaniyalı jurnalist Andre Ballinin “Handelsblatt” qəzetində dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, bunun üçün ən böyük sübut ABŞ-ın “Orbital ATK” hərbi konserninin Rusiyanın “Enerqomaş” şirkətiylə imzaladığı müqavilədir:
“Bu müqaviləyə əsasən, ABŞ Rusiyadan 4 raket mühərriki alıb. Bu mühərriklər olmasa, onlar öz yüklərini Beynəlxalq Kosmik Stansiyaya çatdıra bilməzlər. Bununla belə, heç kim ABŞ Konqresinin Pentaqonun Rusiyanın kosmik texnologiyalarından asılı olmasıyla bağlı təkliflərinə diqqət yetirmir.
Digər tərəfdən, Moskva və Vaşinqton ABŞ-ın xüsusi xidmət orqanları üçün Rusiyanın odlu silahlarının alınması barədə danışıqlar aparırlar. Söhbət “Osa” tapançalarından gedir. Bu silah artıq indidən Arizona ştatındakı polislər tərəfindən istifadə edilir.
“Osa”nın istehsalçısı olan “Texmaş” şirkəti yalnız Avropa ölkələrinin sanksiyaları altındadır. ABŞ-ın Rusiya ilə silah razılaşmaları prinsipiallıq baxımından qəbuledilməzdir. Görünür, Avropa məhz bunun üçün Ağ Evin enerji layihələri ilə bağlı əmrlərinə qarşı güclü müqavimət göstərir”.