|
İranın cənub-şərqində 5.5 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi informasiya yayıb.
Məlumata görə, zəlzələ səhər saatlarında yerin 26 kilometr dərinliyində baş verib.
Qeyd edək ki, İranda ötən il baş verən 7.3 bal gücündə zəlzələ nəticəsində 550-dən artıq insan həlak olmuşdu.