|
Türkiyədə 24 iyunda keçirilən seçkilərdə İYİ Partiya sıralarından TBMM-də təmsil olunmağa haqq qazanan Demokrat Partiyası sədri Gültəkin Uysal Akşənərin partiyasından istefa verib.
Axar.az xəbər verir ki, Uysalın istefası ilə birlikdə Demokrat Partiyası da TBMM-ə daxil olub.
Bununla da TBMM-də təmsil olunan partiyaların sayı 8-ə çatıb.
Qeyd edək ki, TBMM-də AKP (294 – 4 millət vəkili nazir olduğu üçün hazırda 290), CHP (144), HDP (67), MHP (49), İYİ Partiyası (43), Səadət Partiyası (2) və Böyük Birlik Partiyası (1) təmsil olunur.