|
Serbiya Prezidenti Aleksandr Vuçiçlə Kosova rəhbəri Haşim Taçi arasında Brüsseldə planlaşdırılan danışıqlar baş tutmayıb.
Axar.az xəbər verir ki, buna səbəb Vuçiçin danışıqlardan imtina etməsi olub. Rəsmi Belqrad Vuçiçin danışıqlardan Kosova albanlarının təhdidləri və yalanları ucbatından imtina etdiyini açıqlayıb.
Qeyd edək ki, bundan öncə Serbiya və Kosovanın qarşılıqlı şəkildə torpaq mübadiləsi barədə razılaşacağı barədə məlumat yayılmışdı. Belə ki, mətbuat Kosovanın albanların çox olduğu Serbiyanın cənub ərazilərini, Belqradın isə serblərin çox olduğu Kosovanın şimal ərazilərini əldə edəcəyini bildirmişdi.