|
ABŞ Hörmüz boğazının neft tədarükünə açıq saxlanılması üçün üzərinə götürdüyü öhdəliklərə sadiqdir.
Axar.az xəbər verir ki, bunu “Skay Nyus Arabia” televiziyasına müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O, ABŞ-ın İran neftinin tədarükünə noyabrın 4-dən etibarən qadağa qoyacağını xatırladıb.
Onun sözlərinə görə, ABŞ hazırda dünya ölkələrindən İrana qarşı qoyulan sanksiyalara əməl ediləcəyi ilə bağlı zəmanət almağa çalışır:
“Əsas hədəfimiz İranın öz siyasətini davam etdirməsi üçün lazımi vasitələrə sahib olmamasına şərait yaratmaqdır. İrandakı rejim bilməlidir ki, bu ölkədəki iqtisadi situasiya İranın normal dövlət olacağı ana qədər davam edəcək”.