|
Ukraynalı mütəxəssislər rus hərbi peyklərinin məlumatlarını ələ keçirməklə Müstəqillik Günü ərəfəsində hücumların qarşısını alıblar.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Pyotr Poroşenko danışıb.
Vinnitsa şəhərinə səfəri zamanı prezident bildirib ki, ruslar Ukraynanın bayramını korlamaq niyyətində olublar. Onlar ön xətdə əhəmiyyətli sayda qüvvə cəlb eləsələr də, mütəxəssilər məlumat əldə etməyi bacarıb və Ukrayna ordusu işğalın qarşısını alıb.