|
Türkiyə Silahlı Qüvvələrinin mümkün İdlib əməliyyatına qarşı sərhədə dəstək məqsədilə göndərdiyi yük maşını üzərindəki tankla birlikdə aşıb.
Axar.az xəbər verir ki, Reyhanlı bölgəsindən sərhəd istiqamətində hərəkət edən nəqliyyat vasitəsinin aşmasına səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilib.
Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Bölgəyə yardım üçün çox sayda hərbi maşın cəlb olunub. Aşan maşın və tank texnikanın köməyi ilə qaldırılıb.