|
19:04
Yunanıstan-Türkiyə sərhədində yerləşən Feres rayonunda silahlı insident yaşanıb.
Axar.az xəbər verir ki, bu barədə yunan mediası məlumat yayıb. Bildirilib ki, hadisə Yunanıstan sərhədini keçən 2 türk hərbçinin saxlanılmasından sonra baş verib.
Saxlanılanlardan biri kiçik leytenant, digəri isə çavuşdur.
Olayla bağlı təfərrüatlı məlumat verilmir.
Qeyd edək ki, daha əvvəllər də sözügedən sərhəd-keçid məntəqəsində bənzər silahlı insidentlər yaşanıb.
***
Yunanıstan girov götürdüyü iki türk hərbçini sərbəst buraxıb.
Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.