|
ABŞ-ın Energetika naziri Rik Perri gələn həftə Rusiyaya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə, “İnterfaks” informasiya yayıb.
Rik Perri Rusiya rəsmiləri ilə mühüm görüşlər keçirəcək. Nazirin bu ölkənin böyük şirkətlərinin rəhbərləri ilə də danışıqlar aparmağı planlaşdırdığı bildirilib.
Bundan başqa, Perrinin rusiyalı həmkarı Aleksandr Novakla görüşü gözlənilir.