|
Hindistan Xarici İşlər naziri Suşma Svarac Suriyaya səfərdən imtina edib.
Axar.az xəbər verir ki, “RİA Novosti” agentliyi Svaracın belə qərar qəbul etməsinə Suriyada son günlər yaranan qeyri-stabil vəziyyətin səbəb olduğunu yazıb.
Qeyd edək ki, bundan öncə Svaracın bu həftə Suriyaya səfər edəcəyi və Prezident Bəşər Əsədlə görüşəcəyi haqqında məlumat yayılmışdı.