|
Səudiyyə Ərəbistanı şahzadəsi Əhməd ibn Əbdüləziz əl Səud Böyük Britaniyanın paytaxtı Londonda Səudiyyə hökumətinə qarşı etiraz edən bir qrup insanla söhbət etməsi üzündən başına dərd açıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, səudiyyəli şahzadə hətta qorxusundan ölkəsinə belə dönə bilmir.
“The Middle East Eye” qəzetinin bildirdiyinə əsasən, şahzadə Əhməd başına gələcəklərdən qorxduğuna görə hələ bir müddət Avropada qalmağı düşünür.
Səudiyyə kralı Salmanın qardaşı olan şahzadə Əhməd ibn Əbdüləziz əl Səud Yəməndəki hərbi müdaxiləyə etiraz edən və ailəsinə qarşı şüarlar səsləndirənlərə yaxınlaşaraq, “Bunların bizim ailəmizlə nə əlaqəsi var. Sadəcə iki şəxs, kral və oğlu məsuliyyət daşıyır”, - deyə cümlə işlədib.
Səudiyyə mətbuatı isə olanları ən azından yumşaltmaq xətrinə şahzadə Əhməd ibn Əbdüləzizin kral Salmanın əlini öpdüyü fotoları yayımlayıb.