|
Bu gün Sakit okeanın Yeni Zelandiya sahillərində 7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Trend ABŞ Geoloji Xidmətinə istinadən məlumat verir.
Zəlzələnin episentri L'Esperans Rok adasından 113 km cənub-şərqdə, dərinliyi isə 134 km olub.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.
Xatırladaq ki, iki gün əvvəl təqribən bu ərazidə 6,5 bal gücündə zəlzələ qeydə alınmışdı.