|
Rusiya Federal Təhlükəsizlik Xidməti Smolensk vilayətində İŞİD üzvünü ələ keçirib.
Axar.az xəbər verir ki, FTX-nın Mətbuat Xidməti ələ keçirilən şəxsin Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə hərəkət etdiyini bildirib. Onun məhz Kiyevin tapşırığına əsasən Donetsk separatçılarının Smolenskdə yaşayan liderlərindən birinə qarşı sui-qəsd hazırladığı vurğulanıb.
FTX ələ keçirilən şəxsin Maqomedom Məcid Həbibullayeviç olduğunu bildirib. Rusiya vətəndaşı olan bu şəxs 1988-ci ildə anadan olub.