2018-ci ilin regional seçkiləri Rusiya hakimiyyəti üçün problemə çevrilib.

 

Axar.az BBC-yə istinadən xəbər verir ki, uzun illər ərzində ilk dəfə olaraq hakim Vahid Rusiya Partiyası bir neçə regiondakı parlamentlərdə üstünlüyünü əldən verməyə başlayıb. Üstəlik, bir neçə regionda qubernator seçkisi ikinci mərhələyə qalıb:

“Qubernator seçkisi 22 regionda baş tutdu. İlk dəfə olaraq Xakasiya, Primorsk, Xabarovsk və Vladimirsk vilayətlərində hakim partiyadan olan namizədlər seçkinin birinci mərhələsində qalib olmaq üçün yetərli səs toplaya bilmədilər”.

Vahid Rusiya Partiyası (VHR) regional parlament üçün keçirilən seçkidə də itkilərə məruz qalıb. Belə ki, bu itkilər Zabaykal (cəmi 28,13% səs toplayıb), İrkutsk (VRP 27,3%, Kommunist Partiyası 34,08%), Ulyanovsk (VRP 29,18%, Kommunist Partiyası 40%), Xakasiya (VRP 25,95%, Kommunist Partiyası 31%) vilayətlərində qeydə alınıb.

BBC Putinin partiyasının bir neçə ildir ki, belə məğlubiyyətə düçar olmadığını bildirib:

“Qubernator seçkisinin 2012-ci ildə bərpasından bu yana yalnız bir nəfər - kommunist Sergey Levçenko İrkustk vilayətinə keçirilən seçkidə hakimiyyət nümayəndələrini məğlub edərək, qalib olub. Hökumətin təqaüd reformlarını elan etməsindən sonra Putin, Medvedyev və Vahid Rusiya Partiyasının reytinqi darmadağın olub”.

21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır

Xəbər lenti