|
Şimali Koreya lideri Kim Çen nüvəsizləşdirmə prosesində birtərəfli addım atmayacaq və ABŞ-ın da bu sahədə qarşılıqlı addım atmasını gözləyəcək.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko Çenlə görüşü barədə danışarkən deyib.
Putinin məktubunu Çenə çatdıran Matviyenko qeyd edib ki, Şimali Koreya lideri Rusiyanın ABŞ-ın sanksiyaları yüngülləşdirməsini dəstəklədiyinə ümid etdiyini bildirib.