|
ABŞ Xarici İşlər Nazirliyi Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisinin bağlandığını rəsmən açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Fələstin hökuməti Ağ evin qərarını Yaxın Şərqdəki sülhə qarşı müharibə kimi qiymətləndirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ BMT-nin Fələstin qaçqınlarına yardım üzrə Yaxın Şərq agentliyinin maliyyələşdirilməsini də dayandırb. ABŞ cari ilin yanvarında “bu yükü tək daşımaq niyyətində” olmadığını bildirərək, bu istiqamətdə maliyyənin həcmini 365 milyon dollardan 60 milyon dollaradək azaltmışdı.