|
Sevastopol şəhərində sərxoş bir kişi aləmi bir-birinə qatıb.
Hansısa məclisdən qayıdan 30 yaşlı kişi birdən acdığını hiss edib və yolunun üstündəki bağlı mağazanın qapısını qıraraq içəri girib.
Gəncin ürəyindən peçenye yemək keçirmiş. Polis hadisə yerinə səhər saat 4 radələrində gəlib. Həmin vaxt peçenyesevər sərxoş artıq yuxuda olub. Sadəcə, yuxudan oyanan kimi susuzladığını hiss edib. Dərhal gözünün qabağındakı pivə butulkalarına hücum edən gənc bu ərəfədə polislərin mağazaya gəldiyini hiss edib. Sərxoş peçenyesevər hadisə yerindəcə həbs olunub. Amma ona qarşı hansı cəza mexanizmi tətbiq olunacağı bilinmir.