|
Türkiyə Rusiyanın həyata keçirdiyi “Şərq-2018” hərbi təlimlərinə müşahidəçi göndərəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Rusiyadakı səfirliyinin məlumatında deyilir.
Türkiyə hərbi attaşesinin təlimlərdə müşahidəçi qismində nə zaman iştirak edəcəyi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, təlimlər bu gün başlayıb və 17 sentyabra qədər davam edəcək.