|
Ötən gün Əfqanıstan etiraz aksiyasının gedişində törədilən terror aktında ölənlərin sayı 68-ə çatıb.
Yaralı sayı isə 165-ə yüksəlib.
Baş verən terror hadisəsinə görə heç bir radikal qruplaşma, o cümlədən “Taliban” məsuliyyəti öz üzərinə götürmür.
Xatırladaq ki, ötən gün Əfqanıstanda yerli polis şefinin istefası tələbi ilə keçirilən etiraz aksiyasında terrorçu-kamikadze özünü partlatmışdı.