|
İdlibdə hərbi əməliyyatların başladılması əcnəbi terrorçuların öz doğma yurdlarına qayıtmaları ilə nəticələnə bilər.
Axar.az xəbər verir ki, bu sözləri Fransa Xarici İşlər naziri Jan-İv Lö Drian deyib.
O bildirib ki, İdlib ərazisində belə döyüşçülərin sayı 10-15 min arasında dəyişir və onların Avropa ölkələrinə qayıtması avropalılar üçün təhlükə təşkil edə bilər:
“Terroçu qruplar tərkibində onlarla fransız döyüşür. Rusiya və Suriya qüvvələrinin zərbələri nəticəsində onlar evlərinə qayıdacaq və bizlərə təhlükə yaradacaq”.