|
Əl Qaidə terror təşkilatının rəhbəri Ayman əz-Zəvahiri müsəlmanları ABŞ-a qarşı müharibəyə səsləyib.
Axar.az xəbər verir ki, müsəlmanlara etdiyi 30 dəqiqəlik müraciətində Zəvahiri ABŞ-ı islamın bir nömrəli düşməni adlandırıb. O, ABŞ-ın müsəlmanların düşməni olmasının əsas sübutunun Vaşinqtonun öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi olduğunu bildirib.
Qeyd edək ki, Zəvahiri öz müraciətini 11 sentyabr teraktının 17-ci il dönümü münasibətilə yayıb.