|
Avropa Parlamenti Macarıstana qarşı cəza tədbirlərinin tətbiqi haqqında qərar qəbul edib.
Axar.az xəbər verir ki, rəsmi Budapeştin cəzalandırılmasının lehinə Avroparlamentin 448 üzvü, əleyhinə 197 nəfər səs verib. Bununla da Avropa Birliyi haqqında razılaşmanın 7-ci maddəsi aktivləşdirilib. Bu maddəyə əsasən, AB üzvü olan ölkənin bir sıra haqları əlindən alınacaq.
Qeyd edək ki, Avropa Parlamenti ilk dəfədir hansısa AB üzvünə qarşı bu cür addım atır.
Bundan öncə Avropa Parlamenti Macarıstanı demokratik normaları pozmaqda ittiham edib. Buna cavab olaraq Macarıstan Baş naziri Viktor Orban ölkəsinin şantaj edilməsinə imkan verməyəcəyini söyləyib.