|
Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan gələn həftə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gələcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib. Onun sözlərinə görə, Mnatsakanyan Xankəndində Qarabağ separatçılarının rəhbəri ilə görüşəcək.
Qeyd edək ki, Mnatsakanyanın Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşü gözlənilir.