|
Çətinləşən geosiyasi situasiyanı nəzərə alsaq, Avropa Birliyinin beynəlxalq arenada suveren oyunçu olmaq vaxtı çatıb.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinə müraciətində Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker deyib. O, Avropa Birliyinin birgə müdafiə siyasəti reallaşdırmasının sürətləndirilməsi gərəkdiyini bildirib.
Yunker AB-nin hərbiləşmək niyyətində olmadığını, amma müdafiə sferasında böyük müstəqilliyə ehtiyac duyduğunu deyib.