|
Çexiya Prezidenti Miloş Zeman, Baş nazir Andrey Babiş və ölkənin digər yüksək çinli rəsmiləri İsraildəki səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi qərarını dəstəklədiklərini açıqlayıblar.
Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrael” nəşri siyasətçilərin birgə bəyanatına istinadla yazıb.
Səfirliyin Qüdsə köçürülmə vaxtı bəyanatda öz əksini tapmayıb.
Qeyd edək ki, rəsmilər daha əvvəl səfirliyin Qüdsə köçürülməsi haqda fikirlər səsləndirsələr də, qəti qərar verilməmişdi.
Bundan başqa, Çexiya Respublikası may ayında Qüdsdə fəxri konsulluq açıb.