|
SSRİ dağıldıqdan sonra ABŞ Rusiyanı düşməni saymamaqla böyük səhvə yol verdi.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin kibertəhlükəsizlik məsələləri üzrə koordinatorunun müavini Mişel Markof deyib.
“SSRİ parçalandıqdan sonra ABŞ Rusiyanı uğursuz dövlət elan etdi. Uzun illər ərzində Moskvanı özümüzün əsl düşməni saymaqdan imtina etdik. Bu, səhv idi. Biz praktik baxımdan Rusiyanı tədqiq edən və Soyuq müharibə boyunca çalışan ekspertlərimizi, alimlərimizi itirdik”, - o bildirib.