![]() |
|
Yaponiyanın keçmiş baş naziri Şinzo Abe Nara şəhərində keçirilən tədbirdə güllələnib.
Bu barədə Yaponiyanın NHK İctimai Televiziyası məlumat yayıb. Bildirilib ki, Abe şəhərdə Liberal Demokrat Partiyasının namizədinin seçki kampaniyasına dəstək məqsədilə açıq hava tədbirində çıxışı zamanı sinəsindən güllə yarası alıb.
Abenin evdə kustar üsulla hazırlanmış silahla vurulduğu bildirilib.
Qeyd edək ki, 2012-2020-ci illərdə Yaponiyanın baş naziri vəzifəsini icra edən Abe ölkənin ən uzunmüddətli baş naziri olub. Abe iki il əvvəl səhhətinə görə vəzifəsini tərk edib.