|
Moskva Londonla Skripalla bağlı hadisəni ciddi şəkildə müzakirə etməyə hazırdır, ancaq bunu prinsipiallıq xətrinə etməyəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Berlində almaniyalı həmkarı Hayko Maasla keçirdiyi görüşdə bildirib.
Lavrov Moskvanın günahlandırılması fonunda danışıqların baş tutmayacağını və belə bir görüşün mənasız olduğunu söyləyib.