|
Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan ölkənin daxili siyasətinə təsir göstərmirlər.
Axar.az. xəbər verir ki, bunu Parisdə keçirdiyi brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, həm Köçəryan, həm də Sərkisyanı siyasi meyit adlandırıb:
“Mən bir dəfə artıq demişəm ki, Robert Köçəryan və Serj Sərkisyan siyasi faktor deyillər. Onlar siyasi meyitdirlər, amma bu o demək deyil ki, siyasi meyit kimi onlar qanun qarşısında cavab verməməlidirlər”.