|
ABŞ prezidentinin İŞİD-ə qarşı qlobal koalisiyadakı xüsusi nümayəndəsi Bret Makqreqor İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Briqadasının rəhbəri general Qasım Süleymani ilə məxfi görüş keçirib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Küveytin “Əlcəridə” qəzeti yayıb. Görüş Makqreqorun təşəbbüsü ilə başlayıb. O, Süleymaniyə yeni İraq hökumətini birgə formalaşdırmağı təklif edib.
Makqreqor həmçinin İran tərəfini əmin edib ki, İranın Bəsrədəki Konsulluğuna hücumunun arxasında ABŞ dayanmır.
Süleymani görüşdə İraqın Tehran üçün qırmızı xətt olduğunu və İranın heç vaxt İraqın əldən çıxmasına imkan verməyəcəyini bildirib. O, İranın ABŞ-ın İraqdakı maraqlarına müdaxilə etməyəcəyini də vurğulayıb.