|
İl-20 faciəsini türk hərbçilərinin rus təyyarəsini vurması ilə müqayisə etmək olmaz, burada vəziyyət tamam başqadır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Rus təyyarəsini İsrail vurmayıb. Faciəli bir şanssızlıq zənciri kimi görünür. Hələ də nə olduğunu anlamağa çalışırıq. Rusiya İl-20 hadisəsindən sonra Suriyadakı hərbçilərinin təhlükəsizliyi üçün əlavə tədbirlər görəcək. Bunu hər kəs hiss edəcək”, - Putin bildirib.