![]() |
|
İranda etirazların davam etdiyi bir vaxtda nümayişçilər İran dövlət televiziyasına kiberhücum ediblər.
Xarici KİV xəbər verir ki, İranın ali lideri Ayətullah Əli Xameneinin çıxışı zamanı fəallar Məhsa Əmini və etirazlar zamanı həyatını itirən qadınların görüntülərini ekrana əks etdiriblər.
Qeyd edək ki, İran dövlət televiziyası əvvəllər də oxşar kiberhücumlara məruz qalıb.