Rusiya televiziyasında Azərbaycana qarşı yenə təxribat törədilib - FOTORusiyanın “Pervıy kanal”ında Azərbaycana qarşı növbəti təxribat törədilib.

APA xəbər verir ki, budəfəki təxribat kanalın “Bolşaya İqra” adlı tok-şousunun 20 oktyabr tarixli axşam buraxılışında baş verib. Avropa İttifaqının Ermənistana missiya göndərməsinə həsr olunan müzakirələr zamanı tok-şounun qonaqları olan ekspertlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırış və bəyanatlar səsləndirilib.

Verilişdə qonaq ekspert qismində Rusiyanın ən böyük ermənipərəst "ekspertləri" Nataliya Naroçnitskaya və Anrdranik Miqranyan çıxış ediblər.

Miqranyan Rusiyanın dövlət kanalında Rusiya Federasiyasının Qarabağla bağlı mövqeyinin əleyhinə danışıb. Bildirib ki, guya Rusiya üçün Qarabağın “status” məsələsi heç vaxt gündəmdən düşməyib.

Bununla belə, heç kəs Mirqanyana Rusiya Prezidenti Vladimir Putinin 10 noyabr üçtərəfli sazişin imzalanmasından dərhal sonra verdiyi müsahibədə “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, və hər zaman belə olub” bəyanatını xatırlatmayıb. Miqranyan güya Qarabağ nizamlanması ilə bağlı Moskvanın planının sonrakı mərhələsində “status” məsələsinin yer aldığını iddia edib.

Beləliklə, 17 dəqiqə ərzində “Böyük oyun”un aparıcısı Vyaçeslav Nikonov və onun ermənipərəst qonaqları Azərbaycanın Qarabağla bağlı yurisdiksiyasının bərpasının Rusiyanın maraqlarına uyğun olmadığını iddia ediblər. Bundan başqa veriliş boyu monitorda qondarma “Dağlıq Qarabağ Respublikası”nın xəritəsi nümayiş olunub.

Verilişin sonunda maraqlı hadisə baş verib. Belə ki, Rusiyanın tanınmış ermənipərəst ruporlarından olan, “tarixçi” Natalya Naroçnitskaya aparıcı Nikonovun sözünə müdaxilə edərək “Qarabağ əzəli erməni torpağıdır” deyə qışqırıb. Bu zaman kameralar Naroçnitskayanı göstərməyib.

Qeyd edək ki, Rusiyanın dövlət tərəfindən maliyyələşən federal kanallarında Azərbaycana qarşı təxribatlar yenilik deyil. 44 günlük Qarabağ müharibəsi zamanı da, ondan əvvəl də eyni mənzərənin dəfələrlə şahidi olmuşuq. Bu xüsusda Rusiyanın “Birinci” kanalı daim qatı ermənipərəstliyi ilə “seçilib”. Uzun müddətdir Ukrayna müharibəsini balanslı şəkildə işıqlandırdığına görə “Roskomnadzor” Azərbaycanın bir sıra media qurumlarını bloklayıb, ya da bloklanmaqla hədələyir. Dünən “Birinci” kanalın efirində baş verənlər, ölkəmizə qarşı təxribatçı bəyanatlar Rusiya kütləvi informasiya vasitələri ilə yanaşı televiziya kanallarının da Azərbaycanda yayımının dayandırılması məsələsini gündəmə gətirir.

Ukraynada baş verənləri və eyni zamanda Rusiyanın rəsmi mövqeyini şərhsiz, tərəf tutmadan işıqlandıran Azərbaycanın media resursları Rusiya ərazisində bloklanırsa və ya bloklanmaqla hədələnirsə, o zaman Miqranyanı və Naroçnitskayanı bizə qarşı “qısqırdan” “Birinci” kanal niyə Azərbaycanda bloklanmasın?
Rusiya televiziyasında Azərbaycana qarşı yenə təxribat törədilib - FOTORusiya televiziyasında Azərbaycana qarşı yenə təxribat törədilib - FOTORusiya televiziyasında Azərbaycana qarşı yenə təxribat törədilib - FOTO
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO

Xəbər lenti