|
Britaniya Avropa Birliyinin vahid bazar və İrlandiya sərhədi ilə bağlı mövqeyinə hörmət etməlidir.
Axar.az xəbər verir ki, bunu Avropa Birliyi liderlərinin qeyri-rəsmi sammitində çıxışı zamanı Fransa Prezidenti Emmanuel Makron deyib. O, tərəflərin bununla bağlı mütləq razılıq əldə etmək istədiyini bildirib.
Qeyd edək ki, bundan öncə Britaniya Breksit danışıqlarında AB ilə razılıq əldə edə bilməyib. Rəsmi Londonun Brüssellə fikir ayrılığına xüsusilə İrlandiya ilə sərhəd məsələsi və britaniyalıların vahid bazardan faydalanması istəyi səbəb olub.