|
Britaniya Rusiya ilə mübarizə üçün kiberdəstələr yaradacaq.
Axar.az xəbər verir ki, “Skay Nyus” televiziyası yeni bölmənin Müdafiə Nazirliyi və Hökumət Əlaqələri Mərkəzinin rəhbərliyi altında yaradılacağını bildirib. Yeni dəstədə təxminən 2000-ə yaxın mütəxəssisin yer alması nəzərdə tutulub.
Layihənin reallaşdırılması üçün 250 milyon funt xərclənəcək.
Kiberdəstələrin daha çox hücum xarakterli əməliyyatlarda iştirak edəcəyi iddia edilir.