|
İrəvanda keçiriləcək seçkilər daxili apolitik məntiq baxımından nə siyasi vəziyyəti sağlamlaşdıracaq, nə də gərginliyi azaldacaq.
Seçkilərdən sonra yaltaqlıq, intriqa və böhtanlar başlayacaq.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Mühafizəkarlar Partiyasının sədri Mikael Ayrapetyan deyib.
Partiya sədri Ermənistanda mümkün əks-inqilab təhlükəsi ilə bağlı da danışıb.
“Əlbəttə ki, hökumət əleyhinə təzahürlərin olması ehtimalı var”, - Ayrapetyan bildirib.