Türkiyənin Taksim bölgəsi, İstiklal prospektində bombalı terror aktı törədən şəxsin polislər tərəfindən yaxalandığı zaman əynində olan sviteri sosial şəbəkələrdə müzakirə olunub.

Sosial şəbəkə istifadəçilərinin bir çoxu geyimin üzərində yazılmış “Nyu York” sözlərinə diqqıt çəkib.

Vyana Universiteti, Siyasi Elmlər İnstitutunda PhD dərəcəsinə namizəd Aytən Əliyeva "mətn və vizual keyfiyyət yanaşması" analizi ilə geyimin üzərindki digər detalların mənasını açıqlayıb:

“Terrorçunun köynəyində “New York” sözü böyük hərflərlə yazılıb, içində “New York University” loqosu var. Loqoda “perstare et praestare” (to persevere and to excel) “səbir etmək və üstün olmaq” və öyrənmə məşəlinə doğru qaçan dörd insan fiquru var. Universitetin rəsmi loqosunun rəngi bənövşəyi rəngdir. Deyilənə görə, univesitetin hazırkı əsas binası olan yerdə bənövşə çiçəyi bitirmiş, həmçinin bənövşə qədim zamanlarda elmin mərkəzi hesab olunan Afinanın (Yunanıstan) milli gülü qəbul olunduğu üçün rəsmi rəng olaraq qəbul edilib. Köynəkdə rum rəqəmləri ilə MDCCCXXXI (= 1831) yazısı da var. 1831-ci ildə Nyu York Universiteti yaranıb, eyni ildə Misir-Osmanlı arasında müharibə başlayıb, Suriya müvəqqəti olaraq Misir tərəfindən işğal edilib. Terrorçunun köynəyi bənövşəyi rəngdir və suriyalıdır. 

Türkiyə rəsmiləri terror aktı ilə bağlı rəsmi açıqlamada ABŞ səfirliyinin başsağlığı mesajının qəbul edilmədiyini və terrorçu həbs olunmasa, Yunanıstana qaçırılacağını vurğulayıb. Türkiyə Suriyada hərbi əməliyyatlar etməyi planlaşdırır. “Səbir edin, üstün olacaqsınız” mesajının sahibiləri kimdir? Təsadüf və ya planlı…”, - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Terror aktını törədən şəxs PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.

 

 
  •  

 

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti