|
İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüş üçün heç bir xahiş etməyib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi deyib.
Qeyd edək ki, ötən gün ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli Ruhaninin Trampla görüşmək üçün müraciət etdiyini, təklifin qəbul edilib-edilməməsinin Trampın səlahiyyətində olduğunu açıqlamışdı.