|
Tramp administrasiyası Yaxın Şərq üçün təhdiddir.
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. O, Tramp administrasiyasının digər ölkələr üzərində üstünlük qazanmaq istədiyini bildirib:
“Həqiqətən bizim regionda sülh və təhlükəsizlik üçün real təhdid var. Bu təhdid Tramp administrasiyasıdır. ABŞ normal dövlət kimi hərəkət etməyə başlamalıdır”.