|
Paris İranla nüvə razılaşması öhdəliklərinə Tehran bundan imtina edənə qədər əməl edəcək.
Axar.az xəbər verir ki, bunu “Le Monde” qəzetinə müsahibəsində Fransa Xarici İşlər naziri Jan İv Lö Drian deyib.
“Biz Vyana razılaşmasına imza atmışıq və buna əməl edirik. Bu razılaşmanın icrası dayandırılmamalıdır”, – deyə o bildirib.
O, Avropanın İranla maliyyə mexanizmlərini müəyyən etməli olduğunu da deyib:
“Əks təqdirdə bu mexanizmlər ABŞ-ın sanksiyaları sayəsində zərər görəcək. Biz bu işdə Almaniya, Britaniya, Rusiya və Çinlə birgə çalışırıq. Nyu Yorkda bu məsələ ilə bağlı görüşümüz olacaq”.